Rusiya Xəzər donanmasının gəmiləri üçün həyəcan siqnalı verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Xəzər donanmasının gəmiləri üçün həyəcan siqnalı verildi

Dünya

19 İyul 2019 14:33 1420


Rusiya Xəzər donanmasının 30 gəmisi Həştərxan və Dağıstanda hərbi təlim keçirir.

"Yeni Sabah" bildirir ki, Rusiya gəmilərinin hərbi hazırlığının yoxlanılması təlimi barədə məlumatı bu ölkənin Cənub Hərbi Dairəsinin mətbuat-xidməti yayıb.

Məlumatda bildirilir ki, Həştərxan vilayətində və Dağıstan Respublikasında keçirilən təlimlərdə 1,5 mindən çox hərbçi qulluqçu, 30 hərbi gəmi və təchizat gəmiləri, 150 ədəd hərbi və xüsusi texnika iştirak edir. Dəniz piyadalarının şəxsi heyəti həyəcan siqnalından sonra hərbi əməliyyatları yerinə yetirib, habelə hərbi texnikanı hazırlayaraq mexanikləşdirilmiş dəstə təşkil edərək Dağıstandakı poliqonda toplaşıblar. pizza sifarişi

Xəzər donanmasının hərbi təliminə Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikov rəhbərlik edir.

/Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!