Rusiya XİN-dən Qarabağa dair   YENİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA

Siyasət

27 Noyabr 2020 14:23 3133


"Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həftə ərzində Dağlıq Qarabağda vəziyyət sabitləşməyə davam edib: “Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”. pizza mizza

Rusiya XİN rəsmisi daha sonra Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ötən həftə ərzində Dağlıq Qarabağla bağlı təmasları haqqında məlumat verib. M. Zaxarova noyabrın 21-də Rusiya qurumlararası nümayəndə heyətinin Bakı və İrəvan səfərləri barədə danışıb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!