Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın qısa zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar”, - deyə diplomat vurğulayıb. Marqarita pizza
Pankin deyib: "Biz İrəvandakı vəzifədaşlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq.
Moskva buna əsaslanır ki, KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir".
Telegram kanalımız