Rusiya XİN rəsmi İrəvanı ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN rəsmi İrəvanı ittiham etdi

Siyasət

12 Yanvar 2023 10:53 739


"Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ermənistanın mövqeyini dəyərləndirmək çətindir: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdi. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu". Pepperoni pizza

M.Zaxarova qeyd edib ki, Rusiya sülh müqaviləsi üçün platforma təqdim etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!