Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O bildirib: “Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Xüsusilə, bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin “3+3” məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik. Toyuqlu pizza
Xatırladaq ki, bura Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir.
Əminik ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problem və problemlərin həlli yollarını axtarmalıdırlar.
Müvafiq müsbət təcrübə var və biz buna arxalanmalıyıq”.
Telegram kanalımız