Rusiya XİN: “Status məsələsi çox həssasdır”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: “Status məsələsi çox həssasdır”

Siyasət

18 Noyabr 2020 13:56 1828


“Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını da qeyd edib: “Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə durmur”. Marqarita pizza

A.Rudenkonun sözlərinə görə, Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq.

"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!