Rusiya “YouTube” videoplatformasını bloklayacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə "RİA “Novosti” agentliyinə “Roskomnadzor”a yaxın mənbə bildirib.
“Çox güman ki, gələn həftənin sonuna qədər “YouTube” artıq bloklanacaq. Bilirəm ki, ötən həftə bloklanmalı idi, amma Metanın bloklanması baş verdi. Əminəm ki, bloklama sadəcə olaraq təxirə salınıb ki, hamısı birdən olmasın”, - deyə mənbə məlumat verib. pizza sifarişi
Qeyd edək ki, son günlər Rusiyada "Facebook", "İnstagram" və "Twitter" kimi sosial şəbəkələrin fəaliyyəti dayandırılıb.
Telegram kanalımız