Rusiyada 5, Türkiyədə 3,5, Azərbaycanda isə 28 manatdır...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 5, Türkiyədə 3,5, Azərbaycanda isə 28 manatdır...

Sosial

10 Yanvar 2026 17:10 40103


"Aptekdən "Motilium" adlı dərman soruşuram. Həzm sistemindən davamlı müalicə alan insanlar bu dərmandan bir qayda olaraq istifadə edirlər. Deyirlər hazırda yoxdu, amma sifariş olsa gətirtmək mümkündür. Sadəcə qiymətinin baha olacağını deyirlər və dərhal da 28 manat olduğunu əlavə edirlər".

"Yeni Sabah" xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. 

"Deyirəm ki, bir dostumuz 6 ay əvvəl Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur". pizza sifarişi

Onun sözlərinə görə, həmin dərman Türkiyədə hətta Rusiyadan da ucuzdur:

"Sonra gəlib Türkiyədə qiymətlərlə maraqlanıram, cəmi 3,5 manat.

Bir dəfə yazmışdım bu mövzuda, amma davamlı yazmaq lazım olduğunu düşünürəm.

Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfə.

Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. O zaman Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox axı...

Kiçik düzəliş: Daha dəqiq olsun deyə sonradan kiçik bir dəqiqləşdirmə apardım. Bizdə satışda olan paketdə 30 ədəd var, yəni bir ədəd həb 93 qəpik. Türkiyədə satışda olan qutuda 21 ədəd, yəni 1 ədəd həb 18 qəpik. Burdan da baxanda fərq 5 dəfə...".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahir Əıiyev
    Hökumətin başı başqa işlərə qarışıb,dərmana baxmaöa macal yoxdur.
    4 months ago
  • Tahir Əıiyev
    Hökumətin başı başqa işlərə qarışıb,dərmana baxmaöa macal yoxdur.
    4 months ago
  • Həqiqıt
    Dərman gətirənlər öz ciblərinin hayındadır, kasıb milləti fikirləşməyə həvəsləri yoxdur. Qoy mən tox olum, özgələr ilə, nədir halım....
    4 months ago
  • Azad Aydın
    Qaraciyər üçün dərman dostum Hindistandan sifariş elədi1_kurs 450azn.əməl gəlir.Bizdə həmin dərmanlar ən azı 3qat ;4qat baha. Gömrükdə də o qədər incitdilər ki ,az qala hər şeydən imtina edəcəkdi.2_ay ən azı gec müalicəyə başladı.
    4 months ago
  • Firuz
    Məqaləyə aid bildirmək istəyirəm ki, adı çəkilən Motilium dərman vasitəsi Azərbaycana rəsmi idxalı dayandırılmışdır. Apteklərdə əldə etdiyiniz bahalı qiymətli məhsul isə qeyri qanuni yollarla idxal edil məhsuldur. Qanuni idxalın dayandırma səbəbiisə. İstehsalçı şirkətin müharibə dövründə Ermənistana hər cür dəstək göstərməsidir. Bu məhsulun çox sayda ekvivalent və keyfiyyətli əvəzediciləri vardır
    4 months ago
  • Cahangir
    Motilium tərkibi donpiridondir .imiran tabletka alın eyni terkibdir 6man90gepik 20edet
    4 months ago
  • Elşən
    Nə qədər ki, gömrükdə Naxcıvanın ən acgöz savadsız kəndin sakinləri Nehrim əhalisidirsə qiymətlər də belə olacaq tək dərman yox Azərbaycana gətirilən məhsullara o qədər rüsum istəyirlər ki digər ölkələrlə 8 yox 10 dəfə də artıq olacaq
    4 months ago
  • Tofiq Həsənov
    Yanumed adlı şəkərli diabet üçün istifadə edilən dərman Türkiyədə 12 manata, bizdə isə 64 manata satılır.
    4 months ago
  • Yəhya
    Qiymət çox bahadır və təəssüf ki heç bir tədbir görülmür firmalar həkimlərə ona görə yüksək faiz verirlər, hətta bəzi həkimlərin yazdığı dərmanları ucuz olduğu üçün gətirmirlər və həkimlər də məcbur olub firmanın dərmanları yazır, hökumət tədbir görsə çox gözəl olar və xalq da razı qalar
    4 months ago