Rusiyada antiterror əməliyyatında ölənlərin biri azərbaycanlıdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada antiterror əməliyyatında ölənlərin biri azərbaycanlıdır

Hadisə

11 May 2020 14:53 969


Rusiyada antiterror əməliyyatında ölənlərin biri Azərbaycan vətəndaşıdır. Rusiyanın Yekaterinburq şəhərində aprelin 30-da keçirilən antiterror əməliyyatında 3 nəfər öldürülmüşdü.

Yenisabah.az xəbər verir ki, ölən şəxslərin milliyəti yalnız indi məlum olub. Öldürülən 3 şəxsən biri – Denis Əmiraslanovun Azərbaycan vətəndaşı olduğu bildirilir.

Əmiraslanovun Yekaterinburqun Ryabinina küçəsində həyat yoldaşı ilə birlikdə yaşadığı məlum olub. Mənzildən axtarış zamanı dini-ekstremis cərəyana məxsus ədəbiyyat da müsadirə edilib. Öldürülən şəxsin xanımı isə ərinin terrorçu yaxud ekstremist fəaliyyətlə məşğul olmasından xəbərsiz olduğuun əlavə edib. pizza sifarişi

23 yaşlı Denis Əmiraslanovun 2016-cı ildə Rusiyaya köçdüyü və Azərbaycan pasportuna malik olması məlum olub. Onunla birlikdə İslamı yenicə qəbul etmiş etnik rus Aleksandr Yeqorov və Yuri Qennadiyeviç adlı şəxslər olub.

Rusiya Milli Antiterror Komitəsi aprelin 30-da Yekaterinburq yaxınlığında yerləşən Çkalovsk rayonunda baş tutan əməliyyat zamanı 3 İŞİD tərəfdarının öldürüldüyünü elan etmişdi. Onların Qələbə günü Yekaterinburqun mərkəzində və şəhərdəki hərbi hissələrdən birində partlayış planlaşdırdıqları açıqlanmışdı. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!