Rusiyada daha bir azərbaycanlı SAXLANILDI –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada daha bir azərbaycanlı SAXLANILDI – VİDEO

Hadisə

23 İyul 2025 09:49 909


Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı biznesmen Elvin Şükürovun saxlanıldığı bildirilir.

O, Sverdlovsk vilayətinin Pervouralsk ərazisində qanunsuz spirt istehsalı və qablaşdırılması ilə məşğul olan yeraltı sexin fəaliyyətində şübhəli bilinir.

İlkin məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sexdə nəhəng miqdarda saxta içki, etiket və qablaşdırma vasitələri aşkar olunub. Elvin Şükürovun həmin istehsalat obyektinin təşkilində və idarə olunmasında iştirak etdiyi ehtimal olunur. Dördpendirli pizza

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. (Globalinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!