Rusiyada faciə:   5 azərbaycanlı yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada faciə: 5 azərbaycanlı yanaraq öldü

Kriminal

31 İyul 2019 15:51 1555


Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib. Pepperoni pizza

Kirov vilayətində Azərbaycan diasporunun rəhbəri Elnur Hüseynovun veridyi məlumata görə, ölənlərin hamısı azərbaycanlılardır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə, ümumilikdə, 20 işçi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!