Rusiyada həbsxanada qiyam: Dustaqlar bir-bir damarlarını kəsirlər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada həbsxanada qiyam: Dustaqlar bir-bir damarlarını kəsirlər - Fotolar

Rəsmi

11 Aprel 2020 18:47 1048


Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən həbsxanaların birində qiyam baş verib.

Yenisabah.az xəbər verir ki, qiyamda 1200 nəfərə yaxın dustaq iştirak edir. Dustaqlar onlara mütəmadi olaraq həbsxana rəisi və heyəti tərəfindən işgəncələr verildiyini, günlərlə ac saxlanıldıqlarını, habelə yemək çatışmazlığı yaşadıqlarını bəyan edib və buna görə etiraz etdiklərini bildiriblər.

“Nastoyaşaya Vremya” TV-yə internet vasitəsi ilə canlı qoşulan dustaqlar bütün bunlardan bezdiklərini, bunun artıq insanlıqdan xaric bir şey olduğunu deyərək, bir-bir damarlarını kəsirlər. İndiyə qədər bir neçə nəfərin öldüyünə dair məlumatlar var. Marqarita pizza

Maraqlıdır ki, Anqarskda yerləşən digər Cəza Çəkmə Müəssisələrinin dustaqları məsələdən xəbər tutan kimi, onlar da etirazlara başlayıblar. Bununla aksiyaçılara dəstək veriblər.

Rusiya mətbuatı yazır ki, əksər “zon”larda yanğınlar başlayıb, dustaqlar CÇM-in şəxsi heyyətini ərazidən qovublar. Məlumatlara görə, əraziyə hərbi qüvvə gətirildiyi bildirilir. Onların üsyanı yatırmaq üçün gətirildiyi deyilir. Lakin hadisələrdən xəbər tutan əhali həbsxanaların ətrafına toplaşmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!