Rusiyada jurnalist polis əmisinə rüşvət verərək   MƏXFİ MƏLUMATLAR ALIB

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada jurnalist polis əmisinə rüşvət verərək MƏXFİ MƏLUMATLAR ALIB

Dünya

01 Aprel 2026 19:34 502


Rusiyanın Ura.ru xəbər agentliyinin Sverdlovsk bölməsinin sabiq redaktoru Denis Allayarov məhkəmə prosesi zamanı rüşvət verdiyini boynuna alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Əvvəlcə bunu sadəcə informasiya əldə etmək kimi dəyərləndirirdim. Lakin hazırda baş verənlərə fərqli prizmadan yanaşıram. İrəli sürülən rüşvət vermək ittihamı üzrə özümü təqsirkar sayıram", - deyə Allayarov vurğulayıb. Dördpendirli pizza

İstintaqın məlumatına əsasən, o, mediada yayımlanması məqsədilə şəhər üzrə əməliyyat məlumatlarının hər gün ona ötürülməsi üçün əmisi, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Yekaterinburq üzrə 10-cu idarəsinin cinayət axtarış bölməsinin rəisi olmuş Andrey Karpova 120 min rubl (təqribən 2500 AZN - red.) məbləğində pul köçürüb.

Sabiq redaktora qarşı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsinə əsasən (vəzifəli şəxsə qanunsuz hərəkətlər etməsi üçün bilərəkdən rüşvət vermə) ittiham irəli sürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!