Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlanıb

Maraqlı

22 Mart 2021 19:01 848


“Rusiyada Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammına 50-dən çox yoluxma halı aşkar edilib”.

Yenisabah.az-ın məlumatına görə, bunu “Vektor” mərkəzinin baş direktoru Rinat Maksyutov bildirib.

O, qeyd edib ki, ölkə ərazisində Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammına üç yoluxma və dərindən araşdırma tələb edən virusun 20-dən çox unikal variantı aşkar edilib. Sezar pizza

Qeyd edək ki, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı ötən ilin avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı 2020-ci ilin dekabr ayından yoluxanlar arasında qeydə alınıb. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!