Rusiyada radardan itən təyyarənin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada radardan itən təyyarənin qalıqları tapıldı

Maraqlı

23 Sentyabr 2021 11:00 816


Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

Yenisabah.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib. Pepperoni pizza

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!