Rusiyadan Azərbaycana qızını görməyə gələn kişi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana qızını görməyə gələn kişi həbs edildi

Kriminal

10 İyun 2025 19:05 581


Rusiyadan Azərbaycana övladını görməyə gələn kişi keçmiş həyat yoldaşını döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Astara rayonunda baş verib.

Rayon sakini, 36 yaşlı kişi ailəsindən ayrılıb Rusiyaya gedib. O, ötən həftə Rusiyadan Astaraya gedib və keçmiş həyat yoldaşının himayəsində olan azyaşlı qızını görmək istəyib. Keçmiş həyat yoldaşının evinə daxil olan kişi evdə qadınla mübahisə edib. Mübahisə davaya çevrilib və o, qadını döyüb. pizza hut

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 10 gün həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!