Rusiyadan gəlib Lənkəranda adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan gəlib Lənkəranda adam öldürdü

Hadisə

30 Yanvar 2023 09:30 784


Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb. 

"Report"un xəbərinə görə, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.  Marqarita pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!