Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni açıqlama

Siyasət

15 May 2021 10:44 1265


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatın təhlükəsizliyini, “Laçın dəhlizi” boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

“Yeni sabah” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb",-deyə məlumatda bildirilir. pizza mizza

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri və mümkün hücumun qarşısını almaq üçün təlimlər keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!