Münaqişə şəraitində Ermənistan strateji seçim etməli olacaq.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan-Rusiya media forumu zamanı rusiyalı politoloq Eduard Solovyov deyib.
O bildirib: “Güc tətbiqi təhlükəsi fonunda Ermənistanın baş naziri Paşinyan strateji şaxləndirməyə diqqət yetirmək barədə bəyanat verir. Yəni Rusiya ilə bağlılığın mənfi nəticələri ortaya çıxıb, ona görə də bunu etməliyik. Başqa variantlar tapılmalıdır. pizza
Bu strateji şaxələndirmə ona görə mübahisəli görünür ki, strateji seçim münaqişə şəraitində ediləcək və əhəmiyyətli dalğalanmalar fonunda bu seçim daha da çətinləşəcək və daha çətin olacaq”.
E. Solovyev hesab edir ki, uzun müddət kiçik ölkələrin sərbəst manevr və çoxvektorlu siyasət qurulması üçün şəraitin mövcudluğuna dair fikir olub.
Telegram kanalımız