“Nikol Paşinyanın mesajı onun səmimiyyətsizliyinin göstəricisidir. Paşinyan, həmçinin KTMT-nin səmərəsiz olması barədə ədalətsiz danışır. Bəlkə, sadəlövh, bəlkə də səmimi olaraq NATO-ya, yəni Türkiyəyə ümid bəsləyir. Digər hallarda isə NATO-nun effektivsizliyi İraq, Yuqoslaviya, Əfqanıstan, Liviya və Gürcüstanda müşahidə olunub. Başqa sözlə, ya Paşinyan biabır olacaq, ya Ermənistanı parçalayacaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Modest Kolerov deyib.
Onun sözlərinə görə, Paşinyan Ermənistana rüsvayçılıq və ya parçalamaq şəklində yeni fəlakət gətirəcək. pizza
Kolerov qeyd edib ki, onun ilk əlaməti Türkiyənin simasında NATO-nun Zəngəzur dəhlizi üzərində nəzarətinin təsdiqlənməsi olacaq ki, bu dəhliz vasitəsilə Türkiyə və Azərbaycan bir-birinə bağlanacaq.
Telegram kanalımız