Rusiyalı senator: “Fransa Senatının qərarı hökumət üçün...“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı senator: “Fransa Senatının qərarı hökumət üçün...“

Siyasət

26 Noyabr 2020 13:49 1155


“Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.

Onun sözlərinə görə, Fransa Senatının məlum qətnaməsini daha çox Paris və Ankara arasındakı fikir ayrılıqları diktə edib: “Paradoksal səslənə bilər, amma Fransa Senatının qərarının fransız həmkarlarımızın səmimi duyğularını başa düşərək, həm də Türkiyə ilə əlaqəli olduğuna dair bir şübhəm var”. Dominos pizza

K. Kosaçov qeyd edib ki, Senatın qərarı hələlik nümayişdən başqa bir şey deyil: “Məlum təşəbbüsün hökumətə tövsiyə kimi qəbul olunması elə tövsiyə olaraq da qalacaq. Bəlkə də bu daha yaxşıdır - nəticədə, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, ilk növbədə, ikitərəfli Azərbaycan-Ermənistan siyasi dialoqunun mövzusu olaraq qalmalıdır. Ultimatumsuz və güc ssenariləri olmadan”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!