Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu - SON DƏQİQƏ 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu - SON DƏQİQƏ 

Dünya

12 Sentyabr 2024 14:57 1599


Ukrayna ordusu Qara dəniz üzərində Rusiyaya məxsus Su-30SM döyüş təyyarəsini vurub. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. 

Açıqlamada qırıcının portativ (daşına bilən) hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi və  qısa müddət sonra axtarış-xilasetmə əməliyyatına başlandığı bildirilib.  pizza sifarişi

Rusiya hərbi dairələrinə yaxın olan “Fighterbomber” teleqram kanalı hadisə bağlı məlumatı təsdiq edib. 

Rusiya Müdafiə Nazirliyi vurulan Su-30SM ilə bağlı şərh verməyib. Qeyd edək ki, sözügedən qırıcının qiyməti 50 milyon dollara yaxındır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!