DTX-nın ötən gün ard-arda keçirdiyi iki əməliyyat ölkədə böyük ajiotaj doğurub. Tanınmışlar da məsələyə biganə qalmayıblar.
Tanınmış televiziya aparıcısı, şoumen Kamran Həsənli mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasdında bu əməliyyatları yüksək qiymətləndirdiyini bildirib:
“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bu cür əməliyyatları ancaq təqdir edə bilərik. Afərin! Dövlət qurumunun işçiləri niyə dəyişmir, nə üçün belədir sualı ətrafında saatlarla müzakirə və təhlil aparmaq olar, bu geniş mövzudur. Əgər bir cümlə ilə səbəbi demək lazımdırsa, buna səbəb Rusiyanı göstərmək olar. Çünki Rusiya tarix boyu etdiyi kimi son illərdə də Azərbaycanda bütün strukturlara öz adamlarını yeridib. Həmin insanlar da öz qohum-əqrəbalarını, yaxınlarını öz ətraflarına yığıblar. Hansı ki, onlar başıboş, milli düşüncədən, milliyətçilikdən uzaq insanlardır. Bilirsiniz, məmurun içində milliyətçilik mütləq olmalıdır. Demirəm aşırı milliyətçi insanlar qurumlarda çalışmalıdır, xeyr, sadəcə məmurun içində bu olmalıdır, o, bir ideya daşıyıcısı olmalıdır. Buna əks olan adamları hər yerə doldurublar. Hara getsəniz onları və qohumlarını görəcəksiniz. Onlar da bu gün ölkəmizi içəridən siçovul kimi yeyib dağıdırlar, neçə illərdir ki, bunla məşğuldurlar”. pizza mizza
Mədəniyyət Nazirliyində keçirilən əməliyyatdan danışan aparıcı Azərbaycan mədəniyyətinin tənəzzülə uğradığını qeyd edib:
“Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlara bir baxın, mən demirəm bütün günahlar o saxlanılan şəxslərdədir, sadəcə görün mədəniyyətimiz nə gündədir. Baxın bu gün teatr, musiqimiz, televiziyalarımız, poeziyamız nə haldadır? Bütün sferalarda bu özünü göstərir. Buna heç tənəzzül də demirlər... Azərbaycan Sovet dönəmində də 15 respublika içərisində mədəniyyətinə görə fərqlənib, ön sıralarda olub. Amma indi görün nə haldadır? Bu gün Azərbaycan kinosuna baxanda adamın əti tökülür, televiziyaya baxanda adam əsəbləşir, teatr, ümumiyyətlə, yoxdur. Bütün bunlar hamısı həmin rusbaşların, korrupsiya ilə ciblərini dolduran insanların gəlib dövlət qurumuna daraşmasının nəticəsidir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız