Rusiyanın Baş Prokuroru Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Baş Prokuroru Azərbaycana gəldi

Siyasət

08 Aprel 2021 19:18 1047


Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov 8 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər. Dördpendirli pizza

Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!