Rusiyanın BMT-dən çıxıralması: “Üçüncü Dünya Müharibəsi başlaya bilər“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın BMT-dən çıxıralması: “Üçüncü Dünya Müharibəsi başlaya bilər“

Siyasət

07 Aprel 2022 17:31 1617


“Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması təklifi birbaşa olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Ekspert bu gün BMT-nin İnsan Haqları Şurasında (İHŞ) Rusiyanın bu qurumdan təcrid olunması ilə bağlı keçiriləcək səsvermə barədə fikirlərini bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, BMT-yə üzv olan dövlətlərin hamısı səsvermədə iştirak edir və qərar sadə səs çoxluğu ilə qəbul olunur:

"Təklif olunla əsaslandırılıb ki, Rusiya silhalı qüvvələri Ukraynada insan haqlarını pozurur, buna görə də, Rusiyanın BMT İHŞ-da mövcudluğu yolverilməzdir.

Eyni zamanda, bu səsvermə Rusiyaya qarşı beynəlxalq birliyin mövqeyini öyrənməyə imkan verəcək. Çünki Rusiyanın hərbi kampaniyasını dəstəkləyən bəzi dövlətlər də var. Hətta buna haqq qazandıranlar”.

İ. Hüseynov güman edir ki, əksər dövlətlər Rusiyanın hərbi əməliyyatlarını qınayır, digər tərəfdən, Qərb blokunun bəzi dövlətlərə təzyiqi mövcuddur:

“Odur ki, səsvermə zamanı Qərbdən asılı olan dövlətlər də Rusiyanın əleyhinə səs verəcək. Amma Rusiyanın BMT-nin hər hansısa bir institutunda qalıb-qalmayacağı böyük əks-səda doğurmayacaq".

"Rusiyanın BMT-dən, o cümlədən BMT Təhlükəsizlik Şurasından (BMT TŞ) yaxın perspektivdə xaric edilməsi mümkündürmü” sualına İ. Hüseynov belə cavab verib:

“Rusiyanın BMT-dən təcrid olunması prosesi bir qədər problematikdir. Çünki dünya nizamının qurulmasında və onun dizaynında Rusiya da iştirak edib. Bu, İkinci Dünya müharibəsinin yekunları əsasında olub.

Rusiya “nüvə klubu”na daxil olan dövlətdir, həm də BMT TŞ-nin daimi üzvüdür. Eyni zamanda, Rusiyanın ərazisi planetin çox hissəsini əhatə edir. Onun karbohidrogen ehtiyatları, yerüstü və yeraltı sərvətləri də dünya iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Bu baxımdan, Rusiyanın BMT-dən təcridetmə məsələsini böyük dövlətlər mütləq səs çoxluğu ilə həyata keçirməlidir. Bu isə yalnız Rusiyanın həddən artıq zəifləməsi, siyasi-iqtisadi və hərbi formada çökməsi zamanı mümkündür”.

Siyasi icmalçı onu da vurğulayıb ki, BMT-dən kənarlaşdırma Rusiya üçün Üçüncü Dünya müharibəsinin başlaması üçün bir əsas ola bilər:

“Polşada ballistik raketlərin yerləşdirilməsi və Polşanın müasir tanklara yiyələnməsi Rusiyanı ciddi şəkildə narahat edir. Aİ, eləcə də NATO Rusiyanın Polşaya müdaxiləsindən çəkinir. Bu, artıq NATO Nizamnaməsinin 5-ci maddəsinin işə salınması və Üçüncü Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bütün bu hallar nəzərdən keçirililməli və dəqiq şəkildə ölçülüb-biçilməlidir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!