“Rusiyanın bölgədəki hərbi rolunu çərçivəyə salmalıyıq” -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın bölgədəki hərbi rolunu çərçivəyə salmalıyıq” - Politoloq

Siyasət

24 Noyabr 2020 17:23 1396


“Rusiya sülhməramlılarının komandirlərindən birinin bölgədə olan “Kommersant” qəzetinin əməkdaşına verdiyi müsahibəni oxudum. Həmin komandir, əslində, müsahibə üçün icazənin gərəkliyini bildirsə də, jurnalistə ürəyindəkilərini boşaldıb. Birincisi deyib ki, rusiyalı sülhməramlıların məqsədi bölgədə xristianları (oxu: erməniləri) və xristian abidələri qorumaqdır. İkincisi vurğulayıb ki, neytral qalsalar da, simpatiyaları ermənilərin tərəfindədir. Rus komandir düçüncələrini gizlətməyib”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, 1990-ci illərin sonlarına qədər Dağlıq Qarabağda mövcud olan SSRİ hərbi bazasının komandir heyəti də bu düşüncə ilə erməni separatçılarını silahlandırıb: Dördpendirli pizza

“Sonuncu rayonumuz Laçın dekabrın 1-də işğaldan azad olunandan və Türkiyə hərbçiləri bölgədə yerləşəndən sonra Rusiyanın bölgədə artan hərbi rolunun çərçivəyə salınması barədə ciddi düşünməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!