“Rusiyanın burnu ovulmalıdır“    - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın burnu ovulmalıdır“ - Əməkdar artist

Mədəniyyət

11 May 2022 13:55 1651


“Rusiya əhalisi sanki zombiləşib. Neofaşistlər sanki zombidirlər…”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Ağalar Bayramov deyib.

Rusiya-Ukrayna arasında 76 gündür gedən müharibə barədə danışan sənətçi Rusiya əhalisinin yanlış təbliğata uyduğunu deyib: Sezar pizza

“Mən siyasətçi deyiləm, lakin sənət adamlarından fərqli olaraq siyasətin içindəyəm. Günün mövzusuna münasibət bildirməyi vətəndaşlıq borcum bilirəm. Rusiya əhalisi sanki zombiləşib. Neofaşistlər sanki zombidirlər. O vaxt Hitlerin təbliğat maşını vardı - Yozef Gebbels, o deyirdi ki, “Mənə yalan danışan televiziya verin, ölkəni idarə edəcəm”. Rusiyada da eyni vəziyyətdir. Orada 1-2 nəfər ziyalı ola bilər ki, bu vəziyyəti qınasın. Bu da dəryada bir damladır. Rusiya əhalicə zombiləşib. O qədər təbliğat aparıblar ki, əhali buna inanıb.

İkinci Dünya Müharibəsini xatırlayan aktyor Rusiyanın bu qələbəni yalnız öz adına çıxardığını bildirib:

“Guya, İkinci Dünya Müharibəsində onlar qələbə çalıblar. Fakt belə deyil axı. Bizə belə yeridiblər, adını da Böyük Vətən Müharibəsi qoyublar. Bu dövlətin təbliğatı yalan üzərində qurulub. İkinci Dünya Müharibəsi sentyabrın 1-i Polşaya hücumla başladı, hələ də ictimaiyyətə açıqlanmır ki, nasist Almaniyasının xarici işlər naziri İoahim fon Ribbentrop ilə SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov arasında müqavilə imzalandı ki, ölkələr bir-birinə hücum etməsin, amma əslində fakt başqa idi. Onlar Avropanı işğal etmək üçün ölkələri bölüşdürmüşdülər.Bu yalan bir müqavilə idi. Alman faşistləri ilə ruslar eyni ideyanı daşıyırdılar. Bu təbliğatı o qədər Rusiya əhalisinin beyninə yeridiblər ki, onlarda lovğalıq, təkəbbürlülük yaranıb. Onlar demokratik, insani hisslərdən tamamilə uzaqlaşıblar. Təbliğat aparılıb ki, Rusiya Almaniya üzərində qələbə çaldı. Elə deyil axı! Hamı bilir ki, ikinci cəbhə olmasaydı, İngiltərə, Fransa, Amerika kömək etməsəydi, heç nə edə bilməyəcəkdilər. Almanlar Moskvanın 30 kilometrliyində idilər. Amma ruslar bunu tamamilə kənara qoydular, guya Sovet İttifaqı qələbə çaldı. Həmin vaxt 300-400 min azərbaycanlı oğlanlarımız öz canını qurban verib”.

O, Rusiya-Ukrayna arasında gedən müharibənin Rusiyanı çökdürmək üçün əla fürsət olduğunu qeyd edib:

“Bu dəqiqə onlar Ukraynadakı məğlubiyyətlərini həzm edə bilmirlər. Onlar elə bilirdi ki, hər dəfə belə olacaq. Bir harının qabağından qaçdıqca, bir neçə dəfə dinmədikcə adamın belinə çıxır. Amma ona qarşı mübarizə apardıqda artıq yerini bilməyə başlayır. İndi Rusiya yavaş-yavaş yerini bilməyə başlayır. Onlar bir neçə dəfə bunu etdilər, 2008-ci ildə Tiflisin yaxınlığına qədər gəldilər, dinilmədi. Daha sonra Moldoviyada Ucar rayonun əhalisi qədər əhalisi olan bir yer var – Dnestryanı orada ocaq yaratdılar, dinilmədi. Bədbəxt Ermənistan isə ümumiyyətlə, onların məşuqəsidir. Hamı bunu bilir. Hamı bilir ki, 1988-ci ilin 28 fevralında Xankəndidə ermənilərin ayağa qalxmasının arxasında birbaşa Moskva dayanırdı. Biz millət olaraq bunun əzabını çəkirib. Birinci Qarabağ savaşında 20 min şəhid verdik, İkinci Qarabağ müharibəsində nə qədər şəhid verdik. Ermənin əlinə ipucu verən Rusiya idi. Qafqazı əlində əsarətdə saxlamaq üçün ona bu konflikt lazım idi. Onun üçün insan qanı heç bir şeydir. Cavad xanın qətlindən bəri ta bugünə kimi törədilən bəlaların hamsının başında məhz Rusiya dayanır, indi də sülhməramlı donuna giriblər. Onların bu qədər hadisədə burnu ovulmadı deyə, elə bildilər ki, Ukraynada da vəziyyət bu cür olacaq, amma belə olmadı. Bu gec-tez olmalı idi, baxmayaraq ki, SSRİ dağılmışdı, amma imperiya xisləti qalmaqda idi. Putin açıq-aşkar SSRİ-ni bərpa etmək istəyir. Ukraynanın bəzi yerlərində tankların üstündə SSRİ bayrağı vardı. Əhali çaşqınlıq içindədir. Rusiyanın durulmağına hələ çox var. Mən Rusiyada olmuşam, bütün pulu silaha veriblər, kəndlərində vəziyyət acınacaqlıdır. Moskva, Sank-Peterburq yaxşı ola bilər, qalan yerlər isə yoxsulluq içində batıb gedir. Amma yenə də imperiya xislətlərindən əl çəkmirlər. Rusiyanın burnu ovulmalıdır, ələ bundan gözəl fürsət düşməyəcək. Burada Amerikanın da öz marağı var doğrudur, amma Rusiya dərsini almalıdır. Bəziləri Amerikanı qınayır, baxın, Amerika gedib hər hansı ərazini işğal edib öz ərazisinə qatırmı?! Xeyr! Amerika elə edir ki, dövlətlər iqtisadi cəhətdən ondan asılı olur. Rusiya isə belə etmir, guya rus qədri bilir. Putin baş nazir keçən kimi Çeçenistana hücuma bəhanə olsun deyə Moskvada binanı partlatdı, 132 nəfər öz vətəndaşı həlak oldu. Bu faktdır. Onların durulmağının bir yolu var - Rusiyanın burnu ovulmalıdır. Elə bilirdilər ki, 2-3 günə Kiyevi alacaqlar. İndi isə bunu gizlədirlər, meyitləri vermirlər. Rusiya rəsmi 24 min əsgər itirib. İndi çox gözəl fürsət yaranıb, bu imperiya dağılmalıdır. Mən çox təəccüb edirəm ki, Dostoyevski, Tolstoy kimi dahiləri olan, Mixail Ulyanov, Yefremof, Lyudmila Qurçinko, Georgi Tolfstonoqov, Konstantin Stanislavski kimi sənət adamları olan ölkə bu vəziyyətdədir, imperiya xislətindən əl çəkmir”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!