Rusiyanın ən zəngin ailələri -   “Forbes“in siyahısında azərbaycanlılar varmı?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın ən zəngin ailələri - “Forbes“in siyahısında azərbaycanlılar varmı?

İqtisadiyyat

28 Avqust 2019 12:18 1734


Qutseriyevlər artıq beşinci ildir ki, ən zəngin Rusiya ailələrinin reytinqində birincidir.

"Yeni Sabah" bildirir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Üstəlik, "Safmar" qrupunun təsisçisi Mixail Qutseriyev və onun ailəsinin sərvəti bir ilə 320 milyon dollar azalıb. ancaq onlar yenə də 5,65 milyard dollar sərvətlə birinci yerə çıxa biliblər. pizza mizza

"Forbes" siyahısında ikinci yer 5,18 milyard dollarlıq var-dövləti olan Rotenberqler ailəsinə məxsusdur. 

Üçüncü yerdə Şaymiyevlər ailəsidir. Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin oğulları Radik və Ayrat öz kapitallarını bir il ərzində 320 milyon dollar artıraraq, 2,8 milyarda çatdırıblar.

Siyahının 10-luğunda yer alan digər ailələr:

Qapontsevlər - 2 milyard dollar

Yevtuşenkovlar - 1,94 milyard dollar

Rəhimqulovlar - 1,89 milyard dollar

Linniklər - 1,6 milyard dollar

Sarkisovlar - 1,6 milyard dollar

Bajayevlər - 1,51 milyard dollar

Mixaylovlar - 1,16 milyard dollar

Ötən il onluqda olan Məhəmmədovlar, Şalamovlar və Zubitskilər bu il siyahıya düşə bilməyiblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!