Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 53-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 53-ə çatdı

Dünya

04 Sentyabr 2024 12:59 326


Ukraynanın Poltava bölgəsində təhsil müəssisəsinə Rusiya qüvvələrinin zərbəsi nəticəsində 53 nəfər həlak olub. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. 

“271 nəfər xəsarət alıb, 25 nəfər xilas edilib, onlardan 11-i dağıntılar altından çıxarılıb. Yenilənmiş məlumatlara görə, dağıntılar altında daha 5 nəfər ola bilər”, - deyə məlumatda bildirilir.  pizza

Hücum nəticəsində bina qismən dağılıb, 3 yaşayış binası, 5 fərdi yaşayış evi və 1 inzibati binaya ziyan dəyib. Xilasetmə işləri davam edir. 

Rusiya ordusu Poltavaya endirilən zərbə ilə bağlı rəsmi açıqlama verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!