“Vladimir Putinin "Rossiya-24" kanalına verdiyi müsahibə Azərbaycan və Ermənistanda ciddi müzakirə obyektinə çevrilib. Ermənistanda bəzi siyasi dairələr hesab edirlər ki, Rusiya Qarabağı imperiya niyyətləri üçün siyasi poliqona çevirib və yaxın gələcəkdə əraziyə əlavə qoşunlar cəlb etməklə rus əsgərlərinin sayını 15-16 minə çatdıracaq”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Natiq Miri deyib. O qeyd edib ki, Azərbaycanda isə müxalifət adına iddia edən bəzi siyasi çevrələr Putinin açıqlamalarına daha detallı yanaşırlar:
“Məsələn, onlar iddia edirlər ki, hələlik Putinin açıqlamasına birmənalı münasibət bildirmək prosesə zərər verə bilər, ona görə də dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçının boşaldılmasını gözləmək lazımdır. Ancaq bu fikirdə Putinin Azərbaycanın maraqlarına uyğun olmayan sözləri ilə 3 rayonun boşaldılmasının hansı əlaqəsinin olması anlaşılan deyil. Bəyanata görə, 3 rayonun boşaldılması Rusiyanın üzərinə götürdüyü öhdəlikdir və bunun yerinə yetirilməməsi Rusiyaya nəinki heç nə qazandırmayacaq, əksinə Rusiyanın "missiyasının" uğursuzluğunu ortaya qoyacaq ki, nəticə etibarilə də bu missiyanı Azərbaycan Ordusu yerinə yetirmək məcburiyyətində qalacaq. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar da missiyanın yerinə yetirilmədiyi təqdirdə müharibənin yenidən başlanacağını deyib. Belə bir vəziyyətin isə Rusiyanın maraqlarına uyğun olmadığı şübhə yaratmır. Ona görə də 3 rayonun boşaldılması Rusiya üçün artıq zərurətə çevrilib və bir siyasət adamının Putinin açıqlamasına münasibət bildirməsinə də heç bir şəkildə əngəl yoxdur. Toyuqlu pizza
Başqa bir siyasət adamı da Rusiya qoşunlarının Qarabağa gəlməsinin məqsəd deyil, vasitə olduğunu iddia edir. Hesab edir ki, müharibəni dayandıran Rusiya "sülhməramlıları" deyil, Ermənistan ordusunun müharibəni davam etdirə bilməməsidir. Ancaq reallıq isə bunun əksini diqtə edir. Əvvəla, Rusiya Ermənistan Ordusunun darmadağın edilməsində ona görə maraqlı deyil ki, belə vəziyyət Xankəndi də daxil bütün Qarabağ torpaqlarının azad olunmasına gətirəcəkdi və bu durum Rusiyanın təzyiq imkanlarını tükətməklə bərabər, Qarabağa "sülhməramlı" statusunda müdaxiləsinə də ehtiyac qalmayacaqdı. İkincisi, Rusiya hələ müharibə başlamamışdan öncə Lavrovun timsalında "sülhməramlı" qüvvələrin Qarabağa gəlməsini tələb edirdi”.
Ekspertin sözlərinə görə, Putinin açıqlamasından da aydın oldu ki, müharibənin dayandırılması ilə bağlı bəyanat hələ oktyabrın 19-20-də münaqişə tərəflərinə təklif olunub, Azərbaycan tərəfi imzalamağı qəbul etsə də, Ermənistan tərəfi (Paşinyan) qəbul etməyib:
“Paşinyan açıqlamasında bunu Şuşanın döyüşsüz boşaldılmasına razı olmadığı üçün etdiyini bildirmişdi. Üçüncüsü, Rusiyanın geosiyasi niyyətləri təkcə Qarabağa "sülhməramlı" kimi gəlməklə Ermənistanı xilas etmək qədər kiçik deyil, daha genişdir. Bir sözlə, Rusiyanın Qarabağda hərbi varlığı vasitə deyil, məqsəddir və daha böyük geosiyasi niyyətlərə xidmət edir. Çox keçməz ki, birlikdə bu niyyətlərin işartılarını görməyə başlayacağıq”.
Telegram kanalımız