Rusiyanın Müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinin Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdən danışıb.
Yenisabah.az TASS agentliyinə istinadən xəbər verir ki, nazir müavini Rusiyanın keçirdiyi təlimlərin Azərbaycan-Ermənistan münaqişəsi ilə heç bir bağlılığı olmadığını bildirib.
Aleksandr Fomin qeyd edib ki, Rusiya ordusunun hazırkı fəaliyyəti “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır: pizza
“Bu yoxlama fəaliyyətləri planlı şəkildə həyata keçirilir və “Qafqaz-2020” strateji komanda-qərargah təliminə hazırlıqda mühüm mərhələdir”.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Telegram kanalımız