Rusiyaya 140 min əcnəbi buraxılmayıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya 140 min əcnəbi buraxılmayıb - Statistika

Dünya

20 Noyabr 2021 12:01 839


Rusiya Daxili İşlər Nazirliyi 2021-ci ilin yanvar-sentyabr aylarında 140 min 317 əcnəbi vətəndaşın ölkəyə girişinə qadağa qoyub.

Yenisabah.az TASS xəbər verir ki, bu barədə idarənin miqrasiya vəziyyəti ilə bağlı statistik materiallarında deyilir.

“2021-ci ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinin qarşısını almaq üçün 140 min 317 müraciət göndərilib”, - materiallarda deyilir. Pepperoni pizza

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilər praktiki olaraq dəyişməz qalıb. 2020-ci ilin ilk 9 ayı ərzində 141 min 663 miqrantın Rusiyaya girişi qadağan edilib.

Daxili İşlər Nazirliyi daha əvvəl bildirib ki, əcnəbilərin Rusiya ərazisinə girişinə qadağa qoyulmasının əsas səbəbləri müvəqqəti olma müddətlərinin pozulması və qeyri-qanuni əmək fəaliyyətidir.

Əksər hallarda söhbət Rusiya Federasiyasına qonşu ölkələrdən vizasız şəkildə gələn qonaqlardan gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!