Rusiyaya gedənlərə daha bir pis xəbər - Yeni qadağalar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya gedənlərə daha bir pis xəbər - Yeni qadağalar

Maraqlı

18 Sentyabr 2024 13:04 1603


Moskva vilayətində miqrantlara ticarət və xidmət sahələrində işləmək qadağan olunacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə Moskva vilayəti hökumətinin sədr müavini Nataliya Maslenkina danışıb.

"2025-ci ilin əvvəlindən Moskva vilayətinin hakimiyyət orqanları miqrantların alkoqol və tütün ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, həmçinin idman, mədəniyyət, səhiyyə, təhsil sahələrində işləməsinə qadağa qoymağa hazırlaşır", - o bildirib. pizza mizza

Maslenkinanın sözlərinə görə, son 3 ildə regionda əcnəbilərin ticarətdə işləməsi ilə bağlı şikayətlər artıb. O qeyd edib ki, bu tədbir “potensial münaqişələri minimuma endirməyə kömək edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!