Rusiyaya kütləvi dron hücumu 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya kütləvi dron hücumu 

Dünya

10 Sentyabr 2024 09:31 466


Ukrayna Rusiya ərazisinə ötən gecə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.

Qeyd olunub ki, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanları fəaliyyətini dayandırıb. Pepperoni pizza

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Moskva vilayətinin müxtəlif ərazilərində 13 pilotsuz təyyarə vurulub. Onlardan biri Ramenskoyedə çoxmərtəbəli binaya çırpılaraq 11-12-ci mərtəbələrdə yanğına səbəb olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bölgəyə kütləvi hücum zamanı 59 PUA-nın vurulduğunu bildirib.

Yayılan son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus 144 pilotsuz təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!