Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı

Dünya

29 May 2026 09:03 463


Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib. Toyuqlu pizza

Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!