Yeni ilin ilk günündə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub. Onun üzərindən 2 büküm ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə həşiş və əlavə olaraq narkotiklərin satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılması zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı İlkin sorğu zamanı Fərhad Əliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiya Federasiyasına göndərmək olub.
Aparılan araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib. pizza sifarişi
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Telegram kanalımız