Ruslar Odessanı da vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Odessanı da vurdu

Hadisə

08 Mart 2022 14:09 625


Ukraynanın liman şəhəri sayılan Odessada partlayış səsləri eşidilib.

BBC-nin əməkdaşı Paul Kenyon gecə saatlarında şəhərin qərb istiqamətində 3 və ya 4 güclü partlayış səsi eşitdiyini bildirib. Məlumata görə, Ukraynanın müdafiə sistemi Rusiyanın sahil ərazilərdə yerləşən döyüş gəmilərindən atılan raket zərbələri nəticəsində məhv edilib.

Partlayış səslərinin eşidilməsinə də bu hücumun səbəb olduğu bildirilir. Moskva üçün strateji əhəmiyyətə malik Odessada gərginlik getdikcə artır. Bazar ertəsi axşam saat 7-də şəhərdə komendant saatı başlayarkən həyəcan siqnalları da verilib. Toyuqlu pizza

Xəbərdarlıq məqsədi daşıyan bu siqnalların səsi 1 saata yaxın davam edib.Buna əsas səbəb isə hücuma hazırlaşan Rusiyaya məxsus döyüş gəmilərinin mövqe dəyişdirməsi göstərilir.

Ukrayna hərbi qüvvələri bazar günü Rusiyaya məxsus donanmalardan birini vurduğunu açıqlayıb. BMT-nin Miqrasiya Təşkilatının çərşənbə axşamı günü açıqladığı hesabata görə, Rusiyanın Ukraynaya qarşı fevralın 24-dən başlatdığı müharibə nəticəsində ölkəni tərk edənlərin sayı 1.8 milyonu ötüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!