“Müharibə rusların necə vəhşi olduqlarını üzə çıxardı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Qeyd edək ki, anası ilə danışan 20 yaşlı rusiyalı əsgərin səs yazısı yayılıb. O, 21 ukraynalını amansızlıqla qətlə yetirdiyini etiraf edib. Əsgərin sözlərinə görə əvvəllər dəli olacağını düşünsə də, daha sonra öz əməlindən həzz alıb. Anası isə oğlunun sözlərini sevinclə qarşılayıb. Deyib ki, “mən sənə həmişə demişəm ki, burada özümü güclə saxlayıram. Oraya düşsəydim, o murdar “xaxol”lara divan tutardım”. Dördpendirli pizza
Hüquq müdafiəçisinin sözlərinə görə, təcavüz, vəhşilik artıq onların psixikasında formalaşıb:
“Müharibə rusların vəhşiliyini göstərdi. Bu ana-bala məsələsi də deyil. Onlar sadəcə vəhşidirlər. O qədər vəhşiliklər törədiblər ki, heç dilə gətiriləsi də deyil. Qəddarlıq sanki onların psixikasında formalaşıb. Əsgərləri də qızları təcavüz edirlər. Artıq onların psixologiyaları o tərzdədir. Lakin bu çox qorxunc haldır. Ruslar faşistlərdən ikiqat artıq amansızlıq edirlər”.
N.Cəfəroğlu qeyd edib ki, bir ana vəhşiliyə sevinə bilməz:
“Vəhşilik törətdiyini danışan oğlunu ana necə alqışlaya bilər? Rusiya tərəfində döyüşən oğulların anaları ümumiyyətlə niyə fəryad etmirlər? Onlar düşünmür ki, övladları müharibədən nə vəziyyətdə qayıdacaq? Hansı kökdə olacaqlar? Bu artıq millətin deqradasiyasıdır”.
Nəzrin Vahid
Telegram kanalımız