73 gündür davam edən Rusiya-Ukrayna müharibəsi dünyanın diqqət mərkəzindədir.
Bəziləri bu müharibənin müddəti ilə bağlı optimist deyil və onun uzanacağını düşünür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı əvvəl-axır Ukraynanın bu müharibəni qazanacağını deyib: pizza hut
“Əgər bu gün Rusiya Federasiyasında 82 faiz əhali ölkə prezidentinin Ukraynada gördüyü işi dəstəkləyirsə, bu xalqla ehtiyatlı davranmaq lazımdır. Onlara güvənmək, inanmaq olmaz! Bu xalqdan özünü qorumaq lazımdır. Bütün vasitələrlə qorunmaq lazımdır. Azərbaycan uzun illər haqq savaşı apararaq nəhayət, haqqını özü-öz qanı ilə əldə etdi və bu gün Ukrayna xalqı da faşizmə, işğala qarşı vuruşur və düşünürəm ki, Ukrayna xalqı qələbə qazanacaq, çünki haqq onların tərəfindədir. Ukraynanın qazanması insanlığın, bəşəriyyətin qazanması deməkdir. Ukraynanın qazanması keçmiş postsovet respublikalarının və Şərqi Avropa ölkələrinin rus faşizmindən, gələcək işğallardan xilası deməkdir. Mənə elə gəlir ki, bu məsələdə bütün dünya haqqın yanında olmalıdır”.
Sənətçi bu savaşda Azərbaycan xalqının da haqqın – Ukraynanın yanında olmasının vacibliyini vurğulayıb:
“Haqlı olaraq Azərbaycan xalqı da bu gün Ukrayna xalqının yanındadır, çünki onlar haqlıdır və işğala məruz qalıblar. Bu gün Azərbaycanın dövlət başçısı ən yüksək səviyyədə bəyan etdi ki, biz Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyırıq. Bunu gizlətmədik, açıq şəkildə bəyan etdik. Bu Azərbaycanın dövlət başçısının məsələlərə münasibətidir və hər bir azərbaycanlı, mən də daxil olmaqla dövlət başçısının bu münasibətini alqışlayıram. Bu haqqın yanında olmaqdır. Bu mənada hər bir azərbaycanlı da məhz həmin mövqeyi dəstəkləməlidir, çünki bu haqqı, insanlığı dəstəkləməkdir. Bu bəşəriyyəti daha böyük faciələrdən qorumaq deməkdir. İnsanlıq bir olmalıdır ki, şeytanlardan özünü qoruya bilsin”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız