Rüstəm ikinci, Hidayət üçüncü oldu 

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm ikinci, Hidayət üçüncü oldu 

İdman

27 Avqust 2019 14:38 1161


Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı  finalda Ono Syoxeylə (Yaponiya) qarşılaşıb və rəqibinə ipponla uduzub. Beləliklə, R.Orucov gümüş medalla kifayətlənib.

Eyni çəkidə çıxış edən idmançımız Hidayət Heydərov isə bürünc medal qazanıb. O, rəqibi Somon Mahmadbekovu (Tacikistan) əlavə vaxtda məğlub edib. Dördpendirli pizza

Xatırladaq ki, Orucovla Heydərov yarımfinalda bir-birlərinə rəqib olmuş və Rüstəm qalib gələrək finala yüksəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!