Rüsumdan azad edilməsi benzinin qiymətinə təsir edəcək? -   Ekspert açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rüsumdan azad edilməsi benzinin qiymətinə təsir edəcək? - Ekspert açıqladı

İqtisadiyyat

28 Avqust 2019 10:54 1463


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, rüsumun ləğv edilməsi daxili bazarda qiymətin aşağı düşməsinə səbəb olacaq.

“Bilirsiniz, xaricdən idxal etdiyimiz yanacaq növləri Tarif Şurasının tənzimlədiyi qiymətlər siyahısına daxil deyil. Yəni bu benzin növünün qiyməti  bazarda tələb və təklifin təsiri altında formalaşır. Ona görə hesab edirəm ki, idxal yanacağının rüsumdan azad edilməsi daxili bazarda onun qiymətinin enməsinə səbəb olacaq". Dominos pizza

Ekspert həmçinin bu ləğvin səbəbinə də aydınlıq gətirib:

“Yəqin ki, ölkədə bu yanacaq növü son zamanlar daha sürətlə bahalaşıb. Əlbəttə buna təsir edən çox amil var, amma ən əsas amil ölkəyə gətirilib çıxarılmasının baha başa gəlməsidir. Ona görə də hökumət bir amili qiymətin üzərindən götürməyə çalışır”.

A.Nəsirli qərarın 90 gün müddətində qüvvədə olmasına da izah verib:

“Qərar yanvar ayının 1-nə kimi nəzərdə tutulur. Ola bilsin ki, hökumət həmin dövrdən sonra xaricdən benzin idxal etməyi nəzərdə tutmur. Yəqin ki, ölkə daxilində həmin növ yanacağın istehsalına o vaxta kimi başlanacaq. Mən hesab edirəm ki, bundan sonra da bu benzin növləri Tarif Şurasının qiymətlərini tənzimlədiyi benzin siyahısına düşəcək”.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!