Rüşvətxor politoloq hökmdən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətxor politoloq hökmdən narazıdır

Kriminal

28 Noyabr 2022 17:00 1057


Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevin barəsində olan hökmdən kassasiya şikayəti verib.

Yenisabah.az Pravda.az-ya xəbər verir ki, Ali Məhkəmədə araşdırılacaq şikayət dekabrın 1-nə təyin edilib.

Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib. Dördpendirli pizza

İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 min manat cərimə olunub. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. Onlar bu hökmdən narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!