Rza Talıbov sərəncama götürülüb?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rza Talıbov sərəncama götürülüb? - AÇIQLAMA

Siyasət

18 Yanvar 2023 18:40 2906


Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılaraq, sərəncama götürülməsi ilə bağlı ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

DMX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar yalandır:

“Onunla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”. Marqarita pizza

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad və sərəncama götürülməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda, Rza və Seymur Talıbov qardaşlarının biznes məqsədi ilə Türkiyə qısa səfər etməsi ilə də bağlı məlumatlar var.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!