S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verildi

Dünya

13 İyul 2019 11:52 1104


S-400 zenit-raket kompleksinin növbəti hissəsi Türkiyəyə təhvil verilib.

"Yeni Sabah" bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, S-400-ləri gətirən dördüncü təyyarə bu gün Ankaradakı Mürtəd hərbi bazasına eniş edib.

Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb. Ötən gün rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!