Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin bir hissəsi artıq Ankaraya gətirilib.
“Yeni Sabah” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, 2017-ci ildə imzalanmış müqaviləyə əsasən, “S-400” qurğularının birinci hissəsi Ankaradakı “Mürted” hava bazasına gətirilib.
Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemləri alması ABŞ-la münasibətlərinə zərər vurub. Amerika hökuməti Türkiyəni sanksiyalarla hədələyib.

Telegram kanalımız