Sosial şəbəkələrdə Azərbaycanın Xalq şairi Səməd Vurğunun mərhum Britaniya kraliçası II Elizabetlə görüşünü əks etdirən foto paylaşılıb.
Yenisabah.az xəbər verir ki, iddiaya əsasən, bu görüşün 1947-ci ildə çəkildiyi iddia olunur.
S. Vurğun, həqiqətən, ötən əsrin 40-cı illərində keçmiş SSRİ Ali Soveti (parlament) nüməyəndə heyətinin tərkibində Dumanlı Albiona səfər edib. Lakin məlum fotoda Xalq şairinin görüşdüyü şəxs II Elizabet deyil. Bu, 1940-cı illərdə geniş tanınan aktrisa Valeri Hobsondur. Foto "Paynvud" kinostudiyasında çəkilib. Səməd Vurğunun Ev muzeyində sərgilənən həmin fotoda da bu fakt qeyd olunub. Sezar pizza
Yeri gəlmişkən Valeri Hobson və onun ikinci əri, hərbi nazir Co Parfyumonun adı rus-sovet ədəbiyyatında QRU (SSRİ Hərbi Kəşfiyyat İdarəsi) casusları kimi qələmə verilir.
Telegram kanalımız