Saakaşvili seçkilərdə müxalifətə liderlik edəcək

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili seçkilərdə müxalifətə liderlik edəcək

Dünya

02 Fevral 2024 15:26 800


Gürcüstanın ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) “Qələbə Koalisiyası”nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.

Yenisabah.az xəbər verir ki, bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib: “Cəmiyyət çox gözəl anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”. Dominos pizza

Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. VMH və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar. Sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyası koalisiyaya qoşulmayacağını bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!