Saakaşvili xatirələrini yazdı: “Sarkozi dedi ki, Putin səni öldürəcək”

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili xatirələrini yazdı: “Sarkozi dedi ki, Putin səni öldürəcək”

Rəsmi

08 Avqust 2023 16:20 2732


Həbsdə olan Mixeil Saakaşvili Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ildə imzalanması üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişi üzrə danışıqların təfərrüatlarını açıqlayıb.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, Saakaşvili Facebook-da yazıb:

“Əgər imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm və Buş da göndərməyəcək”. Bunu  Nikola Sarkoz 2008-ci ilin avqustunda Tbilisidə şahidlərin iştirakı ilə bir neçə dəfə təkrarlayıb. O, Gürcüstan prezidentini atəşkəs razılaşmasının variantını imzalamağa inandırıb. Dominos pizza

“Lex Kaçinski bizə bu razılaşmanı sırındığını biləndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi buna razı olmadı”.

Söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndindən gedirdi.

“Bu, praktiki olaraq o demək idi ki, öz imzamızla Gürcüstanın ərazilərindən və ölkənin ərazi bütövlüyündən imtina etməli olurduq... Sarkozi bir neçə saat məni inandırmağa çalışdı.

Sonda Nikola Sarkozi Medvedevə yenidən zəng etdi və Rusiya tərəfi bu məqamda israr etməməyə razı oldu... sonda onlar atəşkəs razılaşmasına əməl etməkdən imtina etdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!