Saatlı və İsmayıllıda ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Saatlı və İsmayıllıda ev yandı

Hadisə

07 Mart 2022 19:50 604


Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 252 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət (arakəsmə divarlar və tavan qamışdan ibarət) evin yanar konstruksiyaları yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Sezar pizza

Bundan başqa, İsmayıllı şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin mətbəxində mebel 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 16 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!