Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada – 1957-ci il təvəllüdlü Bəylik kənd sakini Rahilə Əliyevanı “VAZ 2107” markalı avtomobil vurub. Dördpendirli pizza
Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız